“Yarasa” Avropanın 25 ən yaxşı filmi sırasında
03 oktyabr 2014 16:01 (UTC +04:00)

“Yarasa” Avropanın 25 ən yaxşı filmi sırasında

Oktyabrın 2-dən 11-dək Avstriyanın Vyana şəhərində “LET'S CEE” Film Festivalı  keçirilir. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, festivalda dünyanın qırx tanınmış kino tənqidçisi tərəfindən seçilmiş, Qərblə keçmiş Sovet sistemi arasındakı “Dəmir pərdə” aradan qalxdıqdan sonra son 25 ildə Mərkəzi və Şərqi Avropanın 25 ölkəsində çəkilmiş ən yaxşı filmlər iştirak edir.

 

1989-cu ildən bu günə kimi Azərbaycanda çəkilmiş filmlər arasından rejissor Ayaz Salayevin “Yarasa” bədii filmi seçilərək festivalın “Retrospektiv-25” xüsusi layihə proqramına daxil edilib. Bu barədə festivalın direktorları  Maqdalena Zelasko və Volfqanq Şvelle A. Salayevə göndərdikləri məktubda məlumat verib və onu festivalda iştiraka dəvət edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 851

Oxşar yazılar