Martın 15 və 16-da Gənc Tamaşaçılar Teatrında dramaturq Yevgeni Şvartsın “Qırmızı papaq” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olacaq. Teatrdan Lent.az-a verilən məlumata görə, yeni tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru Bəhram Osmanov, Sərdar Fərəcov, quruluşçu rəssamı Elşən Sərxanoğludur.
Səhnə əsərini ruscadan tərcümə edən Nigar Həmidova, rəqslərin quruluşçusu Vüsal Mehrəliyev, rejissor köməkçisi Sona Mustafayevadır. Novruz bayramı ərəfəsində nümayiş etdiriləcək tamaşada əməkdar artist Almaz Mustafayeva və digər aktyorlar oynayacaqlar.
Keçəl, Kosa, Qırmızı papaq və onun meşədəki dostlarından bəhs edən əsərin nümayişi martın 25-dək davam edəcək.