Xanımı onu başqa kişiylə görüb intihar etdi, evtanaziya ilə gündəmə gəldi, sağ ikən "öldü" - BİR ULDUZ AXDI
05 iyul 2022 18:21 (UTC +04:00)

Xanımı onu başqa kişiylə görüb intihar etdi, evtanaziya ilə gündəmə gəldi, sağ ikən "öldü" - BİR ULDUZ AXDI

Dünya şöhrətli Alen Delondan danışacağıq. Dünyanın ən yaraşıqlı və xarizmatik kişisindən, milyonlarla qadının ürəyini fəth etmiş mavi gözlü fransızından.


Alen Fabyen Marsel Moris Delon 1935-ci il 8 noyabrda Paris yaxınlığında Soda şəhərciyində anadan olub. 5 yaşı olanda valideynləri ayrıldılar, o anası ilə ögey atanın himayəsində yaşadı. 16 yaşı olanda sallaqxanada qəssab işlədi. Hər hansı yeniyetmə üçün ağır sayıla biləcək bu işdə təxminən bir il çalışmağa başladı, boş vaxtlarında idmanla – velosport və boksla məşğul olurdu. 17 yaşına çatanda Alen Delon Hind-Çinə müharibəyə yola düşdü. Orduda  özünü sərbəst apardığına görə, rütbəsini üç dəfə endirib, sonra bərpa ediblər.


Hərbi xidmətdən sonra həyat onu Hollivud üçün gənc istedad "ovuna" çıxan Harri Uilsonla qarşılaşdırdı. Bununa da 60-cı illərdə Alen Delon əsri başladı desək yanılmarıq.O hər çəkildiyi filmə görə o zaman  üçün böyük miqdar hesab olunan 20 milyon frank  alırdı. Hər il ekranlara ən az 4 filmi çıxırdı. Tamaşaçılar yalnız Alen adını eşidərək onun filmlərinə gedirdilər. Lakin bu o demək deyildi ki. Alen Delonun sadəcə gözəlliyi vardı. Onun “Qara tülpan”, “Zorro” filmlərindəki  obrazları daha çox sevilirdi. Alen delonun ifasında romantic kişi obrazları daha uğurlu alınırdı.

Ekranlara ilk çıxışı ilə yaraşıqlı siması ona uğur gətirdi.Həmin dövrün məşhur aktrisalardan biri hesab edilən Romi Şnayder onunla eyni filmdə - "Kristina"da oynamağa razılıq verəndə Alen sənət aləmində tanınmırdı. Onların tanışlığı çox qısa müddətdən sonra məhəbbətə çevrildi və cütlük uzun müddət eyni mənzildə yaşamalı oldular. Sonradan hətta evlənməyə qərar versələr də bu, baş tutmadı. Şöhrətdən başı gicəllənən Alen Delon demək olar ki hər gün özünə yeni sevgili tapırdı. Qadınlar milçək şirəyə yığılan kimi, onun başına yığılırdı. Cütlük ayrıldı.

 

Lakin Romi ilə Alenin münasibətləri belə asan başa çatmadı. Hər ikisi başqa adamlarla evlənsələr də, günlərin birində yenidən bir araya gəldilər, köhnə sevgi alovlandı, Rominin əri qəzetlərdə gedən xəbərlərin ağırlığına dözə bilməyib, intihar etdi. Alen Delon  da, Romi də özlərini bu ölümdə günahkar sayırdılar, onlar yenidən ayrıldılar. 42 yaşı olanda Rominin  14 yaşlı oğlu Devid faciəvi şəkildə öldü, o yenə Alen Delonda və antidepressantlarda axtarırdı. Günlərin birində Romi Alen Delonu  milyoner bir kişi ilə uyğunsuz vəziyyətdə görəndə dünya başına yıxılmış kimi hiss etdi və içdiyi bir ovuc antidepressantla həyatına son qoydu. 
Alen Delonun həyatında nə qədər qadının olduğunu heç aktyorun özü də bilmirdi. Onun 3 evliliyi və 3 övladı var. Fabian, Anoni adlı oğulları, Anuşka . Hərçənd özünü Delonun  oğlu élan eləmiş daha bir neçə nəfər barədə də məlumatlar var. Bütün qadınları onun çox azad ruhlu, kəskin xarakterli olmasından şikayətçi idilər. Alen Delon hamının idi və eyni zamanda heç kəsin deyildi. Milyonlarla qadının ürəyini fəth edən bu yaraşıqlı cəngavər özünü tənha kişi adlandırırdı və ömrünün son 10 ilini demək olar ki, tənha yaşadı.


O itləri və atları çox sevirdi, malikanəsində çoxlu sayda at və it bəsləyirdi. Hətta ölərkən mülkündən heyvanlarına da pay vəsiyyət edcəyini bildirib. O hər zaman deyərdi ki, itlər və atlar insanlardan fərqli olaraq  xəyanət etmirlər. 2012-ci ildə o son rolunu oynadıqdan sonra, evtanaziya yoluyla  ölməyə hazırlaşdığını bəyan elədi. 86 yaşlı aktyor artıq bu prosedurun qadağan olunmadığı İsveçrəyə köçüb. O insult keçirib və inzivaya çəkilib.  Aktyor böyük oğluna son səfərinə necə kömək edəcəyi ilə bağlı göstərişlər verərək, varislərinə mülk üstündə dava etməməyi tövsiyə  eləyib.

Maraqlıdır ki, aktyor özü evtanaziya məsələsini gündəmə gətirməsinə, hətta bu ilin aprel ayında onun ölüm xəbəri  gündəmə gəlməsinə baxmayaraq, Fabian onun sağ olduğunu deyib, yaşlı atasının dinc buraxılmasını tələb edib. "Atam evtanaziya istəmir, bir gün aparatlardan asılı qalacaq olarsam, aparatı cərəyandan ayırın" deyib. Buraxın mənim qoca atam ömrünün son günlərini istədiyi kimi, sakit və gözdən uzaqlarda yaşasın", deyə oğlu bildirib.

O evtanaziya ilə ölmək üçün ölkə dəyişib, ölüm xəbərləri yayılıb, həyatda olsa da özünü milyonlar üçün ölü elan edib, gözlərdən uzaqlaşıb. Bəs könüllərdən necə? 

# 8886
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar