Xalq artistinə yeni vəzifə verildi
24 may 2021 17:19 (UTC +04:00)

Xalq artistinə yeni vəzifə verildi

Azərbaycan Kinematoqrafçılar İttifaqında keçirilən iclasda İdarə Heyətinin üzvü, Xalq artisti Həmidə Ömərova AKİ-nin katibi seçilib.

Xalq artisti Həmidə Ömərova

Lent.az xəbər verir ki, məqsəd kinoaktyorların rastlaşdığı problemlərlə daha yaxından tanışlıq və problemlərin həlli üçün təşəbbüslər göstərməkdir. Kinoaktyorların əsas problrmi işsizlik, qonorarların aşağı olması, əmək hüquqlarının pozulmasıdır. Bu problemlərin həlli istiqamətində  Azərbaycan Kinematoqrafçılar İttifaqının təşəbbüslərindən biri  “Tədris Kinoaktyor Teatr”ının yaranmasıdır. İttifaq bu işi Həmidə xanımın sədr olduğu Kinoaktyorlar Gildiyası ilə birlikdə reallaşdırmaq niyyətindədir.

Qeyd edək ki, “Tədris Kinoaktyor Teatr” layihəsinin əsas məqsədi aktyorların peşəkarlıq səviyyəsini artırmaqla yanaşı, eyni zamanda yeni nəsil aktyorların işsizlik problemlərinin aradan qaldırmaqdan ibarət olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3276
avatar

Nigar Adil

Oxşar yazılar