Xalq artistinə Rusiyadan  film təklifi   - Baş rolda oynayacaq
10 yanvar 2024 14:45 (UTC +04:00)

Xalq artistinə Rusiyadan film təklifi - Baş rolda oynayacaq

Xalq artisti Naibə Allahverdiyeva Rusiyadan bədii filmə çəkilmək üçün dəvət alıb.

Lent.az-ın məlumatına görə, aktrisa bu filmdə baş rollardan birində, mistik gücləri olan qaraçı qadın rolunu oynayacaq. Rusiyalı rejissorlar Naibə Allahverdiyevanı aktyor agentliyinin vasitəsilə taparaq, dəvət ediblər. Görünür Naibə xanımın illər öncə oynadığı falçı qaraçı qadın obrazı unudulmaz təsir buraxıb.

Naibə xanım Lent.az-a bildirib ki, o bir dəfə də Rusiya istehsalı olan “Cənnətdən kuryer” bədii filmində çəkilib. “Öncədən danışmaq mənə düşmür. Ona görə, indidən bu barədə heç nə demək istəmirəm. Təklif var. Möhkəm qrip virusuna yaxalanmışam, hələlik sağalmaq üçün əlimdən gələni edirəm ”,- o bildirib.
 

# 17007
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar