Xalq artisti xəstəxanadan evə buraxıldı
11 may 2023 12:52 (UTC +04:00)

Xalq artisti xəstəxanadan evə buraxıldı

Xalq artisti Ramiz Məlik bir müddətdir xəstəxanada müalicə alırdı. Aktyor bu gün müalicə aldığı xəstəxanadan 1 həftəlik evə buraxılıb.

Bu barədə Lent.az-a sənətçinin özü məlumat verib.

Ramiz Məlik vəziyyətinin stabil olduğunu deyib: “Vəziyyətim stabildir. Bir həftəlik evə buraxılmışam. Sonra gəlib yenə müayinə olunacam”.

80 yaşlı aktyor səhhətində konkret hansı problemlərinin olması barədə məlumat vermək istəməyib: “Mənim problem sözündən zəhləm gedir. Problemi sosial sahələrdə axtarın. Mən xəstəlik barədə danışmaq istəmirəm”.

Əldə etdiyimiz məlumata görə, o, ürəyində və böyrəklərində yaranmış narahatlıqla əlaqədar müalicə alır.

Xalq artisti, “Şöhrət” ordenli Ramiz Məlik aprel ayında xəstələndiyini və müalicə almaq üçün imkanı olmadığını, dövlətdən maddi dəstək gözlədiyini bildirmişdi.

# 1761
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar