Türklərin dinlədikləri Azərbaycan mahnıları HANSILARDI?
22 fevral 2021 18:59 (UTC +04:00)

Türklərin dinlədikləri Azərbaycan mahnıları HANSILARDI?

Türkiyənin məşhur “Onedio” saytı izləyiciləri üçün Azərbaycan musiqilərini təqdim edib. Böyük marağa səbəb olan paylaşımda azərbaycanlı müğənnilərin ifasında ən çox sevilən mahnılar yer alıb. Sıralamada xalq mahnısı da var.

Lent.az həmin musiqiləri təqdim edir:

İlk yerdə sözləri Zivər Ağayevaya, musiqisi Ələkbər Tağıyevə məxsus “Mən baharın qızıyam” mahnısı yer alıb.

Növbəti yerdə 1918-ci ildə Əhməd Cavad tərəfindən yazılan, musiqisi Üzeyir Hacıbəyova məxsus olan və Azərinin ifasında sevilən “Çırpınırdı Qara dəniz” mahnısıdır.

Rəşid Behbudovun ifasında “Ayrılıq mahnısı” Türkiyədə sevilərək dinlənilən musiqilərdəndir. Mahnının sözləri Məhəmməd Şəhriyara, musiqisi Əli Səlimiyə aiddir.

Rəşid Behbudov

“Evlərinin önü yonca” Nərminə Məmmədovanın ifasında sevilərək dinlənilən musiqilərdəndir.

Sözləri Fikrət Qoca, musiqisi Emin Sabitoğluna məxsus “Payız gəldi” mahnısı ən çox dinlənilən mahnılar sırasındadır.

Sözləri Rəsul Rzaya, musiqisi Tofiq Quliyevə məxsus “Yalqızam yalqız” mahnısı Azərinin ifasında ən çox dinlənilən növbəti ifadır.

 

Sırlamada yer alan növbəti mahnı İslam Rzayevin ifa etdiyi “Ay qız” mahnısıdır. Mahnının sözləri Zeynal Cabbarzadə, musiqisi Cahangir Cahangirovundur.

İslam Rzayev

Nəsibə Abdullayevanın ifası ilə məşhurlaşan “Sən gəlməz oldun” mahnısının sözləri Mədinə Gülgün, musiqisi Ələkbər Tağıyevə aiddir.

Nəsibə Abdullayeva

Akif İslamzadənin “Ala gözlüm” mahnısı Türkiyədə sevilərək dinlənilən  musiqilər sırasındadır.

Akif İslamzadə

“Küçələrə su səpmişəm” xalq mahnısı Şövkət Ələkbərovanın ifasında çox sevilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4233
avatar

Nigar Adil

Oxşar yazılar