Turizm sektorunda yeni assosiasiya yaradıldı
28 iyul 2021 16:35 (UTC +04:00)

Turizm sektorunda yeni assosiasiya yaradıldı

Azərbaycanda turizm sektorunun təmsilçiləri “Azərbaycan Turizm Şirkətləri və Otelləri Assosiasiyası” adlı yeni təşkilat yaradıb.

Lent.az-a bu haqda məlumat verən qurumun həmtəsisçilərindən biri Nizaməddin Hüseynzadə qeyd edir ki, hazırda ölkədə turizm sektorunun inkişafı üçün böyük imkanlar var:

“Pandemiya istər Azərbaycanda, istərsə də dünyada bu sahəyə ciddi ziyan vursa da, artıq turizm sektorunun inkişaf prosesi gedir və bu sektora maraq göstərən təsisatların sayı da artır. QHT-nin yaradılması bu tendensiyanın real ifadəsidir. Ədliyyə Nazirliyinin təsdiq etdiyi təşkilat hüquqi və fiziki şəxslərin birliyini təşkil edəcək”.

Həmtəsisçi qeyd edib ki, QHT-nin təsis edilməsində məqsəd turizm sektorunu dirçəltməkdir:

“Xüsusilə, sosial turizm sahəsinə aid proqramlar daha aktual səciyyə daşıyır. Digər tərəfdən, işğaldan azad edilmiş ərazilərimizin turizm potensialı, habelə, bölgənin təbii resurslarının dünyaya təqdimatı ilə bağlı layihələrə də önəm veriləcək. Bu addımlar turizm sənayesinin inkişafında əhəmiyyətli rol oynayacaq. Artıq layihələrə start verilib və yaxın zamanlarda bu barədə ictimaiyyətə geniş məlumat veriləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3192

Oxşar yazılar

8 milyonluq səhifəsində Azərbaycan mahnısı ifa etdi - VİDEO

8 milyonluq səhifəsində Azərbaycan mahnısı ifa etdi - VİDEO

31 iyul 2025 , 06:31
Dalinin unudulmuş əsəri 30 min funt sterlinqə  satıla bilər

Dalinin unudulmuş əsəri 30 min funt sterlinqə satıla bilər

30 iyul 2025 , 04:51
Arif Babayevin SON DURUMU

Arif Babayevin SON DURUMU

29 iyul 2025 , 11:01
Azərbaycanda xanəndə vəfat etdi

Azərbaycanda xanəndə vəfat etdi

29 iyul 2025 , 10:42
Xalq artistinin oğlu vəfat etdi

Xalq artistinin oğlu vəfat etdi

29 iyul 2025 , 09:14
Xalq artisti Arif Babayevin son vəziyyəti

Xalq artisti Arif Babayevin son vəziyyəti

28 iyul 2025 , 11:06
Arif Babayev

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır

27 iyul 2025 , 14:44
Arif Babayevin vəziyyəti ağır olaraq qalır - YENİLƏNİB

Arif Babayevin vəziyyəti ağır olaraq qalır - YENİLƏNİB

26 iyul 2025 , 14:38