Aydın Talıbzadə
09 mart 2022 14:20 (UTC +04:00)

Aydın Talıbzadə

Tanınmış yazıçı Aydın Talıbzadənin yeni kitabı - RAMANA

Tanınmış yazıçı Aydın Talıbzadənin yeni kitabı işıq üzü görüb.

ADMİU-nun “Teatrşünaslıq” kafedrasının müdiri, professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar incəsənət xadimi oxucularını sevindirib.

Lent.az xəbər verir ki, yazıçının “Ramana” adlı romanında hadisələri üç müxtəlif müstəvidə şəbəkələnir və üç mühüm predmetin iştirakı ilə yığılır: Nərd, Telefon və Telekamera.

Belə ki, romanda hər üç predmet əsərin dilsiz qəhrəmanıdır. Roman bir qumarbazın, bir nərd xiridarının Bakı-İsfahan-Ramana marşrutunda tale yaşantılarının, sevgisinin tarixçəsi, tədqiqatçının nərdin möhtəşəmliyi və mistikası haqqında apardığı söhbətləri və bir muzdlu əskərin müharibə bölgəsindən göndərdiyi video-selfiləridir. Onların hamısı 12 şəbəkə vasitəsilə bir-birinə birləşib bütövləşir.

Oxucunun ən çox diqqətini kitabın mündəricatı çəkir. Lap şer kimi səslənir.

I  ZƏR KƏPƏNƏKLƏR

II  ƏSƏR KÜLƏKLƏR

III  KÜSƏR MƏLƏKLƏR

IV  BİR TƏK SƏNƏ GÖRƏ

V  DÖNƏR FƏLƏKLƏR

VI  ÇILĞIN DƏRƏBƏKLƏR

VII  ƏZİK ÇİÇƏKLƏR

VIII  NƏRD ATƏŞİ İÇRƏ

IX  TUTQUN BƏBƏKLƏR

X  MƏNFUR GÖBƏLƏKLƏR

XI  ÖLÜM BƏLƏKLƏR

XII  BİR GÖYƏRÇİN GÜNÜ

Qeyd edək ki, kitab 420 səhifədən ibarətdir.

# 4428
avatar

Aytəkin Cəlali

Oxşar yazılar