"Space"ə yeni direktor təyin olundu
20 may 2021 17:06 (UTC +04:00)

"Space"ə yeni direktor təyin olundu

"Space" Teleradio yayım şirkətinə yeni direktor təyin olunub.

Lent.az-ın əldə etdiyi məlumata görə, bu vəzifəyə əməkdar incəsənət xadimi, ssenarist Müşfiq Hətəmov gətirilib.

Qeyd edək ki, Müşfiq Hətəmov 2011-2019-cu illərdə "Azərbaycanfilm" kinostudiyasının direktoru olub. Onun “Azərbaycanfilm” kinostudiyasına rəhbərlik etdiyi 8 il islahatlar dövrü kimi yadda qalıb. Həmin illərdə 120-ə yaxın gənc “Azərbaycanfilm” kinostudiyasında sınaqdan çıxarılıb, onların içindən rejissorlar, operatorlar, işıqçılar, rəssamlar, səs rejissorları və s. yetişib. Müşfiq Hətəmovun təşəbbüsü ilə müasir Azərbaycan kinosunda yeni bir mərhələnin başlanğıcı üçün “Kinematoqrafiya haqqında qanun” hazırlanaraq Milli Məclisə təqdim edilib. Əgər 2011-ci ilə qədər Azərbaycan filmlərinin çəkiliş prosesində daha çox İran, Rusiya və Türkiyə mütəxəssislərinə yer verilirdisə, 2012-ci ildən sonra istehsalata buraxılan ekran əsərlərinin mütləq çoxluğunu yerli mütəxəssislər təşkil edib. Bu müddətdə Azərbaycan kinosu beynəlxalq arenada uğurla təmsil olunub, 154 festivalda 81 mükafat qazanıb. Ümumiyyətlə isə bu dövrdə 20 tammetrajlı bədii, 17 qısametrajlı bədii, 13 sənədli olmaqla 50 film çəkilib. Müşfiq Hətəmov “Nabat”, “Dolu”, “Nar bağı”, “Yarımçıq xatirələr”, “Qisas almadan ölmə”, “Qırmızı bağ”, “Axınla aşağı”, “Üçüncü günün adamı” və s. filmlərin prodüseridir.

Xatırladaq ki, mayın 5-də “Space” teleradio şirkətinə Ülviyyə Mikayılova direktor təyin olunsa da, beş gün sonra o, tutduğu vəzifədən istefa verib.

Müşfiq Hətəmov "Space" Teleradio yayım şirkətinin yeni direktoru

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13584

Oxşar yazılar

Röya xəbər səhifələrinə hücum edir

Röya xəbər səhifələrinə hücum edir

21 avqust 2025 , 15:06
Gözlənilməz sonluqla bitən 8 detektiv film

Gözlənilməz sonluqla bitən 8 detektiv film

21 avqust 2025 , 13:34
Tarantino  ən yaxşı flmlərini sıraladı

Tarantino ən yaxşı flmlərini sıraladı

21 avqust 2025 , 10:38
Rəşad Məcidin  60 illiyinə həsr olunmuş “Qala adam” kitabı çapdan çıxdı

Rəşad Məcidin 60 illiyinə həsr olunmuş “Qala adam” kitabı çapdan çıxdı

21 avqust 2025 , 10:00
Şair Məmməd İsmayıl dəfn edildi  - YENİLƏNİB

Şair Məmməd İsmayıl dəfn edildi - YENİLƏNİB

20 avqust 2025 , 15:05
Xalq artisti qızını polisə verdi

Xalq artisti qızını polisə verdi

20 avqust 2025 , 12:25
Kefinizi açacaq 6 komediya serialı

Kefinizi açacaq 6 komediya serialı

19 avqust 2025 , 13:57
"Avroviziya"nın  loqosu yeniləndi

"Avroviziya"nın loqosu yeniləndi

19 avqust 2025 , 09:37