Ekranlarda görüb bir-birinə bənzətdiyiniz, amma soyadları fərqli olduğu üçün çaşqınlıq yaradan məşhurlar olubmu? Bəzən məşhur ulduzun yaxın qohumları onun kölgəsində qalmamaq üçün fərqli soyad və təxəllüslərlə ekranlara çıxırlar.
Lent.az bir-birinə bənzəyən məşhurları təqdim edir:
Keyt Midlton, Dakota və Elle Fanninglər
Dakota və Elle həm bacıdırlar, həm də həmkar. Onlar aktrisa olmaqları ilə yanaşı Britaniya kral ailəsinin qohumlarıdırlar. Onlar 1327-1377-ci illərdə İngiltərə kralı olmuş III Edvardın nəslindəndirlər. Britaniya şahzadəsi Keyt Midltonun anası isə Fanninglər nəslinin uzaq qohumudur.
Şevval Sam və Taro Emir
Son zamanlar populyarlığı artmış aktyor Taro Emir məşhur aktrisa və müğənni Şevval Samın oğlu, Leman Şamın nəvəsidir.
Tom Krus və Viliam Maroze
Bu iki məşhur aktyor əmioğludurlar.
Culiya Roberts və Emma Roberts
Emma Culiyanın bacısının qızıdır.
Bülent Şakrak və Erkan Kolçak Köstendil
Bülent Erkanın dayısıdır.
Beyons və Solanc
Bu iki məşhur müğənni bacıdır.
Conan Obrayn və Denis Lari
Bu iki komediya ustası əmioğludur.
Mine Mutlu ve Çağkan Çulha
Çağkan Yeşil Çam ulduzu Mine Mutlunun oğludur.
Dolli Parton və Mayli Sirus
Dolli Maylinin xaç anasıdır. Ailələr uzun illərdir dostluq edir.
Aras Bulut İynemli və Miray Daner
Bu iki məşhur türk aktyoru bibiqızı, dayıoğludurlar.
Melani Griffit və Dakota Conson
Bu iki gözəl və parlaq ulduz ana-baladırlar.
Pil Collins və Lili Collins
Əfsanə cazmen və məşhur aktrisa ata-baladırlar.
Filiz Akın və İlker İnanoğlu
Bu iki məşhur aktyor ana - baladır.