Sezen Aksu evdən qaçıb  döyülməsindən   DANIŞDI
12 mart 2024 17:38 (UTC +04:00)

Sezen Aksu evdən qaçıb döyülməsindən DANIŞDI

Lent.az  “Ömrün bir anı” rubrikasında məşhurların həyatından maraqlı xatirələri təqdim edir. Bu dəfə türkiyəli müğənni Sezen Aksunun ömür yolundan bir ana işıq tuturuq. Xatirəni ifaçı özü danışıb.

“Uşaq olanda “Aişecik” adlı bir film vardı, baş rolda uşaq aktrisa Zeynep Deyirmençioğlu oynayırdı. Filmdə balaca Aişecik  yaddaşını itirir, əlində çamadanı küçələri boş-boş dolaşır, kim soruşursa adını, ünvanını xatırlamır. Hər kəs ona qayğı göstərir. Bu mənim çox xoşuma gəlmişdi. Yəqin ürəyimdən diqqət görmək keçib.

Aişəcik kimi 5-6 yaşım olardı. Balaca bir çantam var idi, səhəri gün əşyalarımı onun içərisinə doldurub  getdim polis şöbəsinin önünə. Kimsə mənə baxmırdı, diqqət çəkmək üçün ucadan ağlamağa başladım. Polislər məni içəri götürdülər. Nə soruşdularsa "xatırlamıram" cavabını verdim. Komissar yaşlı adam idi. Heç nə söyləmədi, “otur gözlə” dedi. Bir küncdə masa arxasında 4-5 saat ac-susuz oturdum, heç kim məndən heç nə soruşmurdu. Sonda özüm bülbül kimi ötməyə başladım. Anamın atamın adını dedim, evə zəng etdilər. Anam-atam müəllim idilər. Psixoloji yanaşma sərgilədilər. Yanlışımız varsa bağışla filan...

Əlbəttə, bu diqqət  xoşuma gəldi. Bir həftə sonra eyni qaydada yenə evdən qaçdım. Eyni polis idarəsinin qapısına getdim. Yaşlı polis dərhal bizimkilərə zəng etdi. Bu dəfə anam əvvəlki kimi mehriban davranmadı. Evə gəldik, zopanı aldı əlinə, məni əməlli-başlı döydü. O gündən sonra evdən qaçmağa tövbə etdim. Bir daha da ağlımdan fəsad fikirlər keçirmədim”, - müğənni bildirib.
 

# 2808
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar