Rembrandtın  iki naməlum əsəri   tapılıb
15 may 2023 13:25 (UTC +04:00)

Rembrandtın iki naməlum əsəri tapılıb

İntibah dövrünün ən parlaq nümayəndələrindən biri olan hollandiyalı rəssam Reyn Rembrandtın iki naməlum əsəri tapılıb.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, “Christie’s” hərrac evinə həmin əsərlər britaniyalı kolleksioner tərəfindən təqdim edilib.

1635-ci ilə aid əsərlərdə Leyden şəhərindən olan qoca ər və arvadın portretləri təsvir olub. Portretlərin Rembrandta aid olduğunu öncə heç kim bilmirmiş. Mütəxəssislər onun orijinal əsər olduğunu təsdiqləyiblər. Portretlərdən biri 5, digəri 8 milyon funt sterlinqə satışa çıxarılıb (İlkin hərrac qiyməti).

Portretlərdə Rembrandtın ailə dostları Yan Villems van der Pluym və xanımı Yapqen Karels təsvir olunublar.

.

# 1323
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar