Qəzaya düşən Xalq artistinin  son durumu   AÇIQLANDI
29 mart 2023 13:42 (UTC +04:00)

Qəzaya düşən Xalq artistinin son durumu AÇIQLANDI

Martın 22-də qəzaya düşən Xalq artisti Mehriban Zəkinin son vəziyyəti ilə bağlı yenilik var.

Bu barədə Lent.az-a danışan aktrisa Dilarə Əliyevanın qardaşı, dublyaj aktyoru Vüsal Murtuzəliyev deyib ki, Mehriban xanımla bağlı hər şey yaxşılığa doğru gedir:

“Mehriban xanımın müalicəsi davam edir, yaxşıdır. Tez-tez danışırıq, onun yanına gedirik. Sınıqları elə də çox deyil. Yavaş-yavaş düzələcək”.

Mehriban Zəki hazırda Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Tibb Hospitalında müalicə alır.

Qeyd edək ki, Saray yolunda baş verən qəza nəticəsində “SOY” prodakşının rəhbəri, rejissor Oqtay Əliyev dünyasını dəyişib. 

# 2934
avatar

Nigar Namiq

Oxşar yazılar