Məşhur serialın ulduzu koronavirusa yoluxdu:  vəziyyəti ağırdır
12 iyul 2021 16:46 (UTC +04:00)

Məşhur serialın ulduzu koronavirusa yoluxdu: vəziyyəti ağırdır

“Klon” serialının ulduzu Lusiano Şafir ikinci dəfə COVID-19-a yoluxduğundan xəstəxanaya yerləşdirilib. 

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, 52 yaşlı aktyor iki həftədən çoxdur komadadır. Yalnız bir gün əvvəl öz-özünə nəfəs almağa başlayıb. Özünə gələn aktyor reanimasiya şöbəsindədir.

Serial ulduzunun Rio-de-Janeyrodakı ən yaxşı klinikalardan birində müalicə olunduğu bildirilir. 

Yalnız bir neçə gün əvvəl məşhur televiziya serialındakı Zane rolunun ifaçısı bir hematom və kolonun bir hissəsinin çıxarılması əməliyyatı keçirib.

Mənbələr mətbuata verdiyi açıqlama  zamanı cərrahların müdaxiləsinin lazım olduğunu söyləyib. Məsələ burasındadır ki, aktyor ikinci dəfə yoluxduğu koronavirus fonunda yaranmış fəsadlar üzündən problem yaşayırdı.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2268
avatar

Oxşar yazılar