Xalq artisti Mənsum İbrahimov
18 sentyabr 2021 14:20 (UTC +04:00)

Xalq artisti Mənsum İbrahimov

Mənsum İbrahimov: "Böyük korifeylərimizin ruhları bu gün çox şaddır"

“30 ildən, Zəfərimizdən sonra Milli Musiqi Günümüzü Şuşamızda qeyd etmək böyük bir qürur hissidir. Dahi Üzeyir Hacıbəyovun ad gününü onun heykəlinin qarşısında əsərlərini səsləndirməklə qeyd edəcəyik ”.

Bunu APA-ya açıqlamasında xanəndə, Xalq artisti Mənsum İbrahimov bildirib.

M. İbrahimov deyib ki, bu, böyük bir bayramdır: “Mən buna görə Ali Baş Komandanımıza, Ali Bş Komandanımızın rəhbərlik etdiyi Ordumuza təşəkkür edir, qazilərimizin, şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Bu bayramı məhz onlar bizə yaşatdılar. Biz iki gündür Şuşadayıq, igidlərimizin o sıldırım qayalardan dırmaşaraq bu tarixi şəhərimizi bizə qaytarmaqlarına çox şadıq. Böyük korifeylərimizin – Üzeyirin, Cabbarın, Seyidin, Xanın, Bülbülün ruhları bu gün çox şaddır ki, artıq onların musiqiləri bu gün Şuşada səslənir”.
Xalq artisti özünü çox xoşbəxt hiss etdiyini vurğulayıb: “Mənim uşaqlığım Şuşada keçib, hər yay bura lagerə gəlirdik. Mən Şuşanın hər cığrını, daşını əzbərdən bilirəm, İsa bulağından su içmişəm. Bunu sözlə ifadə etmək çox çətindir. Bu gün də sənətkarlar, musiqisevərlər, şuşalılarla Şuşadayıq. Bir azdan burada Milli musiqilərimiz səslənəcək, Üzeyir Hacıbəyovun ruhu şad olacaq. Bundan sonra hər il dahi Üzeyir Hacıbəyovun ad günü ilə bağlı tədbirlər buradan start götürəcək”.
M. İbrahimov ilk dəf zəfərdən 6 ay sonra Şuşada Xarı Bülbül Festivalında iştirak etdiyini xatırladıb: “Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Cıdır düzündə möhtəşəm bir festival təşkil olundu. Bütün dünyaya mesaj verildi ki, bu torpaqların sahibləri qayıtdı. Digər önəmli məqam festivalın birinci günü Azərbaycanda yaşayan bütün azsaylı xalqların hamısının milli musiqilərinin səslənməsi idi. Biz tolerant xalqıq, birlikdəyik, birik, hər kəsə qucaq açmışıq. Hər kəsə özümüz kimi baxırıq. Şuşa 30 il işğal altında olub, viran qoyublar. Biz isə 1 ilə yaxındır gəlmişik, artıq tikir, qurur, yol çəkir, hər yerə mədəniyyət gətiririk. Biz hər yerə mədəniyyət gətiririk, çünki qədim mədəniyyətə malik bir xalqıq. Biz sivillərə qarşı mübarizə aparmamışıq, döyüşməmişik. Amma mənfur qonşularımız illərlə qəbiristanlıqları dağıtdılar, qadınlarımıza, uşaqlarımıza qarşı vəhşiliklərə yol verdilər. Müharibənin qayda-qanunları var, ordular, əsgərlər döyüşər. Biz heç vaxt mülki insanlara toxunmadıq, heç bir ölkənin ərazisinə təcavüz etmədik, daxil olmadıq. Biz öz torpağımızı istədik, öz torpağımızı geri qaytardıq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3567
avatar

Oxşar yazılar