Mehriban Əliyeva Cavanşir Quliyevin  müalicəsinə dəstək verdi
06 fevral 2024 09:53 (UTC +04:00)

Mehriban Əliyeva Cavanşir Quliyevin müalicəsinə dəstək verdi

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin müalicəsinə Fond tərəfindən dəstək verilir.

Lent.az xəbər verir ki, Türkiyədə səfərdə olan Cavanşir Quliyevin fevralın 5-də səhər saatlarında halı pisləşib.

74 yaşlı bəstəkar xəstəxanaya yerləşdirilib.

Onun beyninə qan sızdığı bildirilir. /APA

# 3813
avatar

Oxşar yazılar