Kann festivalına ÇILPAQ HÜCUM  - VİDEO
23 may 2022 17:23 (UTC +04:00)

Kann festivalına ÇILPAQ HÜCUM - VİDEO

Kann festivalında yarıçılpaq qadın qırmızı xalıya çıxaraq insanlara həyəcanlı anlar yaşadıb. 

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bədəninə Ukrayna bayrağının rənglərini çəkərək sinəsinə yazı yazan qadın naməlum istiqamətdən gəlib. Üstəlik, alt paltarına qan bulaşmış halda diqqətləri öz üzərinə çəkməyi bacaran qadını saniyələr sonra mühafizəçilər oradan kənarlaşdırıb.

Bildirilir ki, o, bu addımını Ukraynada təcavüz olunan qadın və qızların taleyini qabartmaq üçün edib.  

Qeyd edək ki, qadının bu hərəkətinə qırmızı xalı üzərində poza verən aktyor və aktrisalar reaksiya verməyiblər. Ətrafdakı insanlar isə həmin görüntüləri videoya çəkiblər. 

Görüntüləri təqdim edirik: 

Kann festivalına çılpaq hücum

# 1845
avatar

Nigar Namiq

Oxşar yazılar