Əməkdar artist “məşhurlaşmış” tarzənin müdafiəsinə qalxdı
09 yanvar 2024 13:37 (UTC +04:00)

Əməkdar artist “məşhurlaşmış” tarzənin müdafiəsinə qalxdı

Əməkdar artist Aygün Bəylərin yas mərasimində jurnalistə verdiyi kobud cavabla “məşhurlaşmış” qocaman tarzən Elxan Müzəffərovu tələbəsi, əməkdar artist Humay Qədimova müdafiə edib.

Lent.az-ın xəbərinə görə, Humay Qədimova sosial şbəkələrdə müəlliminin biabır olmasına dözməyərək, özü jurnalistlərə müraciət edərək, onun barəsindəki paylaşımları silməyi xahiş edib.

“Elxan Müzəffərov muğam bilicisidir, ağsaqqal adamdı. Kifayət qədər sənətkarların yetişməsində bilavasitə zəhməti var. Mən bu gün onun mənə öyrətdiyi klassik muğam yolunu tələbələrimə aşılayıram. 
Dünən də bir neçə jurnalistdən rica etdim ki, yaşlı adamdır, neçə ilin ustad müəllimidir kobud cavab verib, ola bilər halı o hal olmayıb. Üstünə getməyin xahiş edirəm. Məgər müəllim bizim ikinci valideynimiz deyilmi? 
Çoxu dedi, yazdı biz onu tanımırıq elə tanımasaq yaxşıdır filan. 1 həftə bundan öncə həmin kanalın ustad dərsində 1 saatlıq verlişdə qonaq olub. Çoxu tənqid yox təhqir edir. Onun tələbələrinə, ailə üzvlərinə, övladlarını heçmi düşünmürsünüz? “- deyə o bildirib.

Qeyd edək ki, Aygün Bəylərin qonusu olmuş tarzən Elxan Müzəffərov onun evindəki matəm mərasimi zamanı gənc juralistə kobud cavab verərək, "sən məni tanıyırsan. səni üstümə kim göndərib" deməklə ictimai qınağa səbəb olub.

# 11301
avatar

Oxşar yazılar