Elxan Qasımovun SON DURUMU  - Qızı danışdı
12 may 2023 12:25 (UTC +04:00)

Elxan Qasımovun SON DURUMU - Qızı danışdı

Xəbər verdiyimiz kimi, Əməkdar artist, kinorejissor və aktyor Elxan Qasımov aorta damarının yırtığı (aorta anevrizması) diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

 Aktyorun qızı Kəmalə Qasımova Lent.az-a bildirib ki, dünən 90 faiz qan itirdiyinə görə atasının vəziyyəti çox ağır idi. Bu gün ona qan vurulması nəticəsində vəziyyəti az da olsa, sabitləşib.

 “Həkimlərin dediyinə görə, vəziyyəti ağır stabil olaraq qalır. Hələ də reanimasiyadadır. Dəqiq bir şey demək çətindir. Yaşını da nəzərə alsaq, vəziyyəti ciddiliyini qoruyur”,- deyə o bildirib.

Qeyd edək ki, Elxan Qasımovun 78 yaşı var.

# 2013
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar