Dünya şöhrətli aktrisa vəfat etdi
05 aprel 2022 11:59 (UTC +04:00)

Dünya şöhrətli aktrisa vəfat etdi

Dünyaca məşhur “EastEnders” serialında “Dot Cotton” obrazı ilə tanınan aktrisa Cun Braun 95 yaşında vəfat edib. 

Lent.az  BBC-yə istinadən xəbər verir ki, aktrisa “EastEnders” serialında ən uzunömürlü personajlardan biri olub. 

O, bu ekran işinə ilk dəfə 1985-ci ildə qoşulub. Qısa fasilədən sonra 1997-ci ildən yenidən seriala qayıdıb və o gündən 2020-ci ilə qədər eyni obrazı canlandırmağa davam edib. 

Xatırladaq ki, Braun "Mister Bean" və "Doctor Who" kimi filmlərdə çəkilib.


 

# 2664
avatar

Sevinc Fərid

Oxşar yazılar