Cüneyt Arkının 300 arvadı varmış?
05 iyul 2022 12:56 (UTC +04:00)

Cüneyt Arkının 300 arvadı varmış?

Cüneyt Arkın Ankarada növbəti filmlərindən birinə çəkilirmiş. Film çəkilişi üçün onun ifa etdiyi “Kara Murat” obrazına at tələb olunurmuş. Cüneyt Arkın özü çox gözəl çapar idi və minəcəyi atı özü seçmək istəyir. 

Gözü çəkilişlərin getdiyi kənddə bir kişinin gözəl ağ atını tutur və məhz bu atla çəkilmək istədiyini deyir. Çox xahiş eləsələr də, adam atı nə satmaq istəyir, nə də bir neçə günlük vermək. Sonda Cüneyt Arkın özü gedib xahiş eləməli olur. At sahibi Cüneyt Arkına baxıb ciddi-ciddi deyir:

 “Sənin 400 filminə baxmışam. Saymışam bu filmlərdə 300 dəfə evlənmisən. Mənə de görüm, sən bu 300 arvadı necə saxlayırsan? Mən biri ilə baş edə bilmirəm. Bu sirri aç, atı verim sənə”. 

Cüneyt Arkın qəhqəhə çəkir, kəndlini inandırmağa çalışsa da, amma o aktyorun dediklərinə inanmır, atını da vermir.
 

# 2790
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar