Çingiz Abdullayev: “ATV-nin rəhbərliyini Allaha həvalə edirəm”
28 noyabr 2023 17:08 (UTC +04:00)

Çingiz Abdullayev: “ATV-nin rəhbərliyini Allaha həvalə edirəm”

Xalq yazıçısı Çingiz Abdullayev ATV telekanalında ona qarşı səsləndirilən fikirlərə hələ də qəzəblidir.

O bir dəfə ATV telekanalını məhkəməyə verəcəyini bildirsə də, sosial şəbəkə hesabında müntəzəm olaraq əsərlərinə “zir-zibil” deyənlərə cavab verir.

Lent.az –ın məlumatına görə,  Xalq yazıçısı sosial media hesabında növbəti  paylaşım edib.

"ATV kanalının rəhbərliyi məni yox, həlak olan şəhidlərin, general Polad Həşimovun xatirəsini təhqir edirlər. Polad Həşimov mənim oxucum olub. Ceyhun Şalıyev mənim kitablarımı oxuyub, toplayıb. Füzuliyə ilk girənlərdən biri olub. Onun atası məni oğlunun ölümünün bir illiyinə dəvət elədi və mənim xeyli kitabımın onların evində olduğunu söylədi.

Başqa bir şəhidimiz – ingilis dilində təhsil alan Rüfət Əhmədzadənin anası onun axırıncı məktubunu mənə bağışladı. Şəhidlərdən biri Bakıya gəlməzdən əvvəl çamadanını mənim kitablarımla doldurub. Bu haqda onun anası danışıb. Belə çıxır ki, onlar hamısı “zir-zibil” oxuyub, öz vətənləri uğrunda ölümə gediblər. Axı mən nə deyim? Sizi Allaha həvalə edirəm. Sizin bu dünyada cəzanız yoxdur! Siz məni deyil, yüzlərlə şəhidin xatirəsini və oxucularımı təhqir etdiniz!" deyə, Ç.Abdullayev yazıb.

Qeyd edək ki, bir müddət əvvəl ATV-də yayımlanan “Xəbərin olsun” verilişinin aparıcısı Kubra Məhərrəmova Çingiz Abdullayevin əsərlərini “zir-zibil” adlandırıb.  Audiovizual Şura məsələ ilə bağlı  ATV-yə irad bildirilib.

# 4038
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar