Cavanşir Quliyev bu gün  evə buraxılır
20 fevral 2024 14:05 (UTC +04:00)

Cavanşir Quliyev bu gün evə buraxılır

Bir neçə gün öncə Türkiyədə ağır cərrahiyə əməliyyatı keçirən tanınmış bəstəkar Cavanşir Quliyevin vəziyyəti artıq yaxşıdır.

Bu barədə Lent.az-a onun yaxın dostu, rejissor Ramiz Mirzəyev məlumat verib.

“O artıq özünü yaxşı hiss edir, bu gün evə buraxılacaq. Bir neçə gün evdə istirahət etdikdən sonra Bakıya dönəcək. Hər şey yaxşıdır”, - o bildirib.

# 2751
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar