Niyazi adına 22 nömrəli Uşaq  Musiqi Məktəbinin uğurları
30 dekabr 2020 12:56 (UTC +04:00)

Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin uğurları

Bir məktəbin uğuru: Onlar hansı mükafatları qazandılar?

Bakı şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbi  tarixi qələbəmizdən ilhamlanaraq bu tədris ilində bir sıra böyük uğurlara imza atıb.

Lent.az xəbər verir ki, məktəbin 5-ci sinif şagirdi Sevil Kəngərli Amerikanın Los-Anceles şəhərində keçirilən, ABŞ, Avstraliya, Ukrayna, Sinqapur, Rusiya təmsilçiləinin qatldığı “COLİBRİ 2020” Gənc instrumental musiqiçilərin  XIII  Beynəlxalq Müsabiqəsində uğurla  çıxış edərək Fəxri Fərman və xüsusi mükafata layiq görülüb.

Bundan əlavə, məktəbin 5-ci sinif şagirdləri Gülüstan Mirzəyeva və Xəlil Mütəllibov “First İnternational  Musical Virtual  Festival Competition of Hope” Beynəlxalq Müsabiqəsində fortepiano dueti nominasiyasında uğurla çıxış edərək 1-ci yerə layiq görülüblər.

Zəfər Günü ərəfəsində Azərbaycan Mədəniyyət Nazirliyi və  Azərbaycan Gənclər İttifaqının təşkilatçılığı ilə keçirilən “Qarabağ kuboku -2020”  Beynəlxalq İncəsənət Yarışmasında məktəbimizin skripka ixtisası üzrə 3-cü sinif şagirdi Elmira Dadaşova 1-ci yerə ,fortepiano ixtisası üzrə 2-ci sinif şagirdi Zeynəb Bağırzadə 2-ci yerə , 5-ci sinif şagirdi Nuray Əhədzadə 1-ci yerə layiq görülüblər.

27 il sonra Ağdamda keçirilən ilk tədbirdə məktəbin xanəndə ixtisası üzrə 5-ci sinif şagirdi Kənan Bəşirli “Bayatı – Şiraz” muğamını ifa edib.

Qələbə ilə bol olan ilin yekunu olaraq 2020-ci il dekabrın 28-də Qazaxıstanın Nur Sultan şəhərində P.İ.Çaykovskinin 180 illik yubileyinə həsr olunan “Astana Classic” III Beynəlxalq Müsabiqəsində münsiflərin yekdil qərarı ilə skripka ixtisası üzrə 3-cü sinif şagirdi  Elmira Dadaşova 1-yerə layiq görülüb. 8-10 yaş kateqoriyasında ən kiçik iştirakçı olan Elmiranın bu, Beynəlxalq və Respublika müsabiqələrində artıq 6-ci qələbəsidir.

Məktəbin fortepiano ixtisası üzrə şagirdləri Nuray Əhədzadə –fortepiano solo, Gülüstan Mirzəyeva və Xəlil Mütəllibov isə fortepiano dueti nominasiyassında müsabiqənin ən yüksək mükaftına – “Gran Prixə” layiq görülüblər.

Məktəbin şagirdləri ilə yanaşı müəllimləri də bir çox uğurlara imza atıblar. Belə ki, dünya ictimaiyyətinə erməni vandalizmini və erməni terrorunu tanıtmaq , qədim və zəngin Azərbycan mədəniyyətini təbliğ etmək məqsədi ilə keçirilən “Playing for Justise” proyektində məktəbin tar ixtisası üzrə müəllimi Ülfət Həsənli ilə birgə Konsert proqramı təqdim edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3417

Oxşar yazılar

Şair Məmməd İsmayıl dəfn edildi  - YENİLƏNİB

Şair Məmməd İsmayıl dəfn edildi - YENİLƏNİB

20 avqust 2025 , 15:05
Xalq artisti qızını polisə verdi

Xalq artisti qızını polisə verdi

20 avqust 2025 , 12:25
Kefinizi açacaq 6 komediya serialı

Kefinizi açacaq 6 komediya serialı

19 avqust 2025 , 13:57
"Avroviziya"nın  loqosu yeniləndi

"Avroviziya"nın loqosu yeniləndi

19 avqust 2025 , 09:37
Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”

Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”

17 avqust 2025 , 13:34
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu -FOTOLENT

Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu -FOTOLENT

17 avqust 2025 , 12:01
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq - YENİLƏNİB

Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq - YENİLƏNİB

16 avqust 2025 , 19:19
Tanınmış yazıçı vəfat etdi

Tanınmış yazıçı vəfat etdi

14 avqust 2025 , 18:29