Bakıda tarix yer üzündən silinir - 112 yaşlı hamamdan FOTOREPORTAJ
03 fevral 2022 15:00 (UTC +04:00)

Bakıda tarix yer üzündən silinir - 112 yaşlı hamamdan FOTOREPORTAJ

Bakıda 112 yaşlı hamam dağılmaqla üz-üzədir.

Lent.az xəbər verir ki, Bilgəhdə yerləşən və 1910-cu ildə tikilən hamam baxımsızlıqdan tədricən tarixdən silinir.

Tikilinin ətrafında yaşayan sakinlərin abidəyə laqeyd münasibəti isə ürək ağrıdır. Hamamın ətrafına, damına belə zibil atılır. 

Oranın kiçik qapısından içəri daxil olduqda vəziyyətin çöldəkindən heç də geri qalmadığına, əksinə daha da dəhşətli olduğuna şahid oluruq. 

Yerdəki zir-zibil, sökülmüş divar və döşəmələr... 

Abidənin baxımsız hala düşməsi bir yana, təəssüf ki, ətrafa yayılan zibilin xoşagəlməz iyi, üfunət əlindən burada dayanmaq olmur. Adam zibil iyindən nəfəs ala bilmir. Əvvəllər hamamın xüsusi quyusu da vardı.

Kimsə quyunu torpaqla doldurub. Görünür, bəziləri tikməyi yox, sökməyi, dağıtmağı daha çox bacarır.

Bu hamam tarixə biganəliyimizin bir nümunəsidir. Tarix isə bunu bağışlamır...

Foto Sabir Məmmədov © APA Group

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5580
avatar

Sevinc Fərid

Oxşar yazılar