Aygün Bəylərin bacısından mediaya QADAĞA
07 yanvar 2024 15:59 (UTC +04:00)

Aygün Bəylərin bacısından mediaya QADAĞA

Bu gün vəfat etmiş müğənni, Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümmətova cənazənin onun evinə gətiriləcəyini bildirib.

Lent.az-ın sosial şəbəkəyə istinadən məlumatına görə, Zümrüd Hümmətova evdə çəkilişə icazə verilməyəcəyini bildirib.

"Cənazə Suraxanıda mənim evimə gətiriləcək. Amma çəkiliş üçün mediaya icazə verilməyəcək. Bacım həmişə özünü hörmətli aparıb, istərdim ki, dəfni də elə olsun.

Həmişə mənə deyirdi ki, şou-əhli deyil. Mən də onun vəsiyyəti kimi medianın çəkiliş aparmasını istəmirəm. Baş sağlığı üçün qapımız hamının üzünə açıqdır. Aygün Bəylər hamının sənətkarıdır", - o qeyd edib.

# 5151
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar