Kukla Teatrında “Yeddi nar çubuğu”
05 dekabr 2019 16:59 (UTC +04:00)

Kukla Teatrında “Yeddi nar çubuğu”

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 88-ci sənət mövsümündə də tamaşaçılarına rəngarəng və maraqlı repertuar təqdim edir. Yaradıcı heyət növbəti səhnə əsərinin məşqlərinə başlayıb.

Teatrdan Lent.az-a bildirilib ki, yerli və xarici dramaturqların müxtəlif mövzulu əsərləri ilə yanaşı, şifahi xalq ədəbiyyatı nümunələrini də müasir səhnələşdirmədə təqdim edən kollektiv bu dəfə Azərbaycanın məişət nağılları sırasında ibrətamizliyinə görə xüsusi yeri olan “Yeddi nar çubuğu”na müraciət edib.

Birlik, həmrəylik, ailə dəyərləri, doğmalara sevgi və bağlılıq kimi məqamları önə çəkən bu kiçikhəcmli nağılı publisist Zülfüqar Rüfətoğlu pyesə çevirib. Tamaşaya Əməkdar artist Qurban Məsimov quruluş verir.

Azərbaycan Dövlət Kukla Teatrı, “ITALDIZAIN” şirkəti və Fransanın Bakıdakı “Cartier zinət evi”nin dəstəyi ilə ərsəyə gələn nağıl-tamaşanın fərqli səhnə tərtibatı olacaq.

Klassik kukla tamaşası üslubunda hazırlanan “Yeddi nar çubuğu”nda əsasən kölgə teatrı elementləri tətbiq ediləcək. Parket və masaüstü kukla texnikalarında nümayiş olunacaq tamaşanın quruluşçu rəssamı Rəvanə Yaqubovadır.

Səhnə əsərinin bəstəkarı, Əməkdar artist Vüqar Camalzadə yurd, torpaq təəssübü, çağırış, cəng ruhlu musiqilər yazıb. Tamaşada ümumilikdə 10-dək mahnı səslənəcək.

Səhnə əsərində obrazları Əməkdar artistlər Rəhman Rəhmanov, Cəmilə Allahverdiyeva, aktyorlar Rəhim Rəhimov, Ramiz Qəmbərov, Yasin Abbasov, Araz Həsənli, Samirə Nəcəfova və Aygül Ağayeva canlandıracaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2191

Oxşar yazılar

Arif Babayevin SON DURUMU

Arif Babayevin SON DURUMU

29 iyul 2025 , 11:01
Azərbaycanda xanəndə vəfat etdi

Azərbaycanda xanəndə vəfat etdi

29 iyul 2025 , 10:42
Xalq artistinin oğlu vəfat etdi

Xalq artistinin oğlu vəfat etdi

29 iyul 2025 , 09:14
Xalq artisti Arif Babayevin son vəziyyəti

Xalq artisti Arif Babayevin son vəziyyəti

28 iyul 2025 , 11:06
Arif Babayev

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır

27 iyul 2025 , 14:44
Arif Babayevin vəziyyəti ağır olaraq qalır - YENİLƏNİB

Arif Babayevin vəziyyəti ağır olaraq qalır - YENİLƏNİB

26 iyul 2025 , 14:38
Allahverdi Yolçuyevə iş tapıldı - ÖZÜ DANIŞDI

Allahverdi Yolçuyevə iş tapıldı - ÖZÜ DANIŞDI

26 iyul 2025 , 11:34
Qədim Romada xəyanət edən qadına  hansı cəza verilirdi? - Qan donduran FAKTLAR

Qədim Romada xəyanət edən qadına hansı cəza verilirdi? - Qan donduran FAKTLAR

25 iyul 2025 , 20:15