Noyabrın 20-də Nizami Kino Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevə həsr olunan "Alı zirvəsi" filminin təqdimat mərasimi olacaq.
Lent.az xəbər verir ki, film Mədəniyyət Nazirliyinin və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin təşəbbüsü ilə çəkilib.
Filmin ssenari müəllifi və quruluşçu rejissoru Musazadə Kəmalə Mehralıdır.