97 yaşlı Xalq rəssamı dəfn edildi -YENİLƏNİB
20 dekabr 2024 15:33 (UTC +04:00)

97 yaşlı Xalq rəssamı dəfn edildi -YENİLƏNİB

Xalq rəssamı Tofiq Ağababayev dəfn edilib.

Lent.az xəbər verir ki, bu barədə APA-ya “Xəzər” Muzey Mərkəzinin təsisçisi Siyavuş Əlizadə məlumat verib.

Xalq rəssamı Yasamal qəbiristanlığında dəfn edilib.

Qeyd edək ki, Tofiq Ağababayev Bakı şəhərinin ilk baş rəssamı olub.

 

***

09:10

Azərbaycanın Xalq rəssamı, Bakı şəhərinin ilk baş rəssamı olmuş Tofiq Ağababayev 97 yaşında vəfat edib.

Lent.az xəbər verir ki, bu barədə APA-ya “Xəzər” Muzey Mərkəzinin təsisçisi Siyavuş Əlizadə məlumat verib.

Mərhum rəssamla bu gün 14:00-da Təzə Pir məscidində vida mərasimi keçiriləcək.

Qeyd edək ki, Tofiq Ağababayev 1928-ci ildə Bakı şəhərində anadan olub. O, monumental dekorativ-tətbiqi sənət, qrafika və boyakarlıq sahəsində əsərlər yaradıb. "Azərbaycan lirikası" triptixi (keramika, 1960, Azərbaycan İncəsənət Muzeyi), Bakı Dövlət Sirkində "Azərbaycan sirki" mozaik lövhəsi 1967-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin mükafatına layiq görülüb. 1966-1968-ci illərdə Bakı şəhərinin baş rəssamı vəzifəsində çalışıb. Tofiq Ağababayevin əsərləri Azərbaycan Dövlət Muzeyində, Azərbaycan Rəssamlar İttifaqının fondunda, ABŞ muzeyində, London, Kanada və bir çox başqa muzeylərdə, şəxsi qalereyalarda saxlanılır.

1992-ci ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, 2006-cı ildə Xalq rəssamı fəxri adları ilə təltif edilib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Tofiq Ağababayevə 2008-ci ildə Prezidentin fərdi təqaüdü ayrılıb, 2023-cü ildə isə Xalq rəssamı “Şöhrət” ordeni ilə təltif edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 987
avatar

Oxşar yazılar