Maestro Niyazinin xatirə gecəsi keçirilib – FOTO
Bununla əlaqədar olaraq bu gün Niyazinin mənzil muzeyində xatirə gecəsi keçirilib.
Lent.az-ın məlumatına görə, tədbir Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı və Bəstəkarlar İttifaqının dəstəyi ilə baş tutub.
Niyazinin mənzil muzeyinin direktoru Rza Bayramov ilk olaraq maestronun 100 illik yubileyinin keçirilməsi ilə bağlı prezident İlham Əliyevin imzaladığı sərəncamı xatırlayıb. Bildirib ki, yubileylə əlaqədar tədbirlər planı hazırlanır. Gələn ilə qədər Niyazinin veb saytı yaradılacaq, əsərlərinin külliyatı nəşr olunacaq, elmi konfrans keçiriləcək. Bundan başqa ən yaxşı dirijorlara Maestro Niyazi Mükafatının təsis olunması da planlaşdırılır.
Rza Bayramov onu da vurğulayıb ki, yubileyin UNESCO səviyyəsində qeyd olunması üçün Mədəniyyət və Turizm Nazirliyi müvafiq təşkilata müraciət edib.
Xatirə gecəsində bəstəkarlardan Azər Dadaşov, Vasif və Ceyhun Allahverdiyev qardaşlarının, Pikə Axundova və Nərminə Nağıyevanın əsərləri səslənib. Niyazinin həyat və yaradıcılığını əks etdirən sərgi nümayiş olunub, ona həsr edilmiş film və slayd-şou göstərilib.
Xəyalə

Oxşar yazılar

Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34
"Azdrama"da "Baş" tamaşasına ictimai baxış oldu
24 iyun 2025 , 19:23