
Şərurda alt paleolit dövrünə aid maddi-mədəniyyət nümunələri aşkarlanıb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin rəhbərliyi ilə Naxçıvan arxeoloji ekspedisiyası Şərur rayonu ərazisində yerləşən Ovçulartəpəsi qədim yaşayış yerində qazıntı işlərini davam etdirir. Lent.az-ın AMEA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, ərazidə aparılan tədqiqatlar zamanı alt paleolit dövrünə aid 3 əmək aləti aşkarlanıb. Əldə olunan alətlər Ovçulartəpəsi yaşayış yerinin nəinki Azərbaycanda, hətta dünyada ən qədim yaşayış yerlərindən biri olduğunu sübut edir.
Qeyd edək ki, Azərbaycan-Fransa ekspedisiyası tədqiqatlara avqustun əvvəllərindən başlamışdır. Ekspedisiya üzvlərinin bir qrupu Duzdağ ərazisində də kəşfiyyat xarakterli qazıntı işləri aparır. Arxeoloji qazıntılar sentyabrın sonunadək davam edəcəkdir.
Qeyd edək ki, Azərbaycan-Fransa ekspedisiyası tədqiqatlara avqustun əvvəllərindən başlamışdır. Ekspedisiya üzvlərinin bir qrupu Duzdağ ərazisində də kəşfiyyat xarakterli qazıntı işləri aparır. Arxeoloji qazıntılar sentyabrın sonunadək davam edəcəkdir.
Oxşar yazılar

Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34
"Azdrama"da "Baş" tamaşasına ictimai baxış oldu
24 iyun 2025 , 19:23