
Müslüm Maqomayevin şəxsi foto arxiv fondu yaradılıb
Fondun mətbuat xidməti Rəşad Sadıqovun Lent.az-a verdiyi məlumata görə, foto arxiv fonduna Müslüm Maqomayevin çəkildiyi filmlərdən 40-a yaxın foto sənəd və 18 neqativ daxil edilib. Bu sənədlər Riqa kinostudiyasından, Litva şəxsi arxivindən və sənətçinin çəkildiyi filmlərdən toplanıb. Eyni zamanda görkəmli kino operatorlar, əməkdar incəsənət xadimləri Rafiq Qənbərov və Amin Novruzovun çəkdiyi fotolar da fondda yer alıb.
Qeyd edək ki, Müslüm Maqomayev “Nizami”, “Yarımçıq qalmış mahnı”, “Oxuyur Müslüm Maqomayev”, “Nəğməkar torpaq” və “Gələn görüşlərədək, Müslüm” filmlərində aktyor kimi iştirak edib, bir çox ekran əsərlərinə mahnı bəstələyib.
Xəyalə Muradlı
Qeyd edək ki, Müslüm Maqomayev “Nizami”, “Yarımçıq qalmış mahnı”, “Oxuyur Müslüm Maqomayev”, “Nəğməkar torpaq” və “Gələn görüşlərədək, Müslüm” filmlərində aktyor kimi iştirak edib, bir çox ekran əsərlərinə mahnı bəstələyib.
Xəyalə Muradlı
Oxşar yazılar

Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34
"Azdrama"da "Baş" tamaşasına ictimai baxış oldu
24 iyun 2025 , 19:23