TÜRKSOY foto-rəssamlarının VIII Beynəlxalq yaradıcılıq tədbiri keçirilir
17 avqust 2011 14:42 (UTC +04:00)

TÜRKSOY foto-rəssamlarının VIII Beynəlxalq yaradıcılıq tədbiri keçirilir

Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən Lent.az-a verilən məlumata görə, tədbir Qazaxıstan Respublikasının müstəqilliyinin bərpa olunmasının 20 illiyinə həsr olunub.

TÜRKSOY foto-rəssamlar görüşü türkdilli ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının toplantısında qəbul olunmuş qərarla keçirilir. Türk dünyasından olan istedadlı foto-rəssamlar TÜRKSOY görüşlərinə hər dəfə böyük maraqla qatılırlar. Bu sənət elçilərinin ərsəyə gətirdikləri və bu günə kimi TÜRKSOY-a təqdim etdikləri fotolar kolleksiya şəklində toplanır. Türk dünyası ölkələrinin, xalqlarının mədəniyyət və incəsənətinin zənginliyini əks etdirən bu fotoların kataloqları hazırlanaraq mühüm sənət mərkəzlərinə göndərilir.

TÜRKSOY foto-rəssamlarının VIII Beynəlxalq yaradıcılıq tədbiri avqustun 27-ə qədər davam edəcək.

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 596

Oxşar yazılar