“Sahə” filmi Beynəlxalq Barbakan Festivalında
Film bu dəfə Beynəlxalq Barbakan Festivalında (Barbakan Festival in Banska Bystrica ) iştirak edəcək. Festival noyabrın 2-dən 6-a qədər Slovakiyanın Bansk Bıstrisa şəhərində baş tutacaq.
Lent.az-ın məlumatına görə, “OZ Vresk Factory” tərəfindən yaradılmış Barbakan kinofestivalı Avropa və dünya audiovizual məhsullarının keyfiyyətinin yoxlanılması üzrə qeyri-kommersiya ekspertidir. Festival özündə üç əsas mədəni elementi əks etdirir: film, mahnı və təsviri incəsənət.
Xatırladaq ki, “Sahə” bədii filmində tanınmış fotoqrafın uşaqlıq illərinə mistik səyahətindən söhbət açılır. Bədii film “Nərimanfilm” (Azərbaycan), “Qruziyafilm” və “Baqirafilms” (Gürcüstan) kinostudiyalarının birgə istehsalıdır. Filmdə baş rolları Zaza Bejaşvili (Gürcüstan), Merissa Papel (Fransa), Vaqif İbrahimoğlu (Azərbaycan) və Timur Oduşev (Azərbaycan) ifa edib. Filmin ssenari müəllifi və rejissoru İlqar Safat, operatorlar Konstantin Esadze və Varlam Karçxadzedir.
Ötən il “Sahə” filmi Azərbaycandan “Xarici dildə ən yaxşı film” kateqoriyasında 83-cü “Oskar” mükafatına təqdim edilib.
Xəyalə

Oxşar yazılar

Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34
"Azdrama"da "Baş" tamaşasına ictimai baxış oldu
24 iyun 2025 , 19:23