Ədəbiyyat və İncəsənət Arxivinə 8 min yeni sənəd daxil olub
Bu ilin birinci yarısında Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə 8 minə yaxın yeni sənəd daxil olub. Bu barədə Lent.az-a arxivin direktoru Maarif Teymurov məlumat verib. O bildirib ki, hazırda arxivdə 771 fond mövcuddur. Onlardan 56-sı idarə və təşkilatlara, yerdə qalanları isə tanınmış mədəniyyət, incəsənət, elm adamlarına aiddir.
Bu il arxivdə mövcud olan şəxsi fondların bir çoxuna yeni sənədlər, fotoşəkillər təqdim edilib. Bu sənədlərlə tanış olmaq istəyən tədqiqatçıların müraciətinə müsbət yanaşılır və onların tədqiqat aparmasına lazımi şərait yaradılır.
Maarif Teymur qeyd edib ki, ən çox Əziz Şərif, Əliağa Vahid, Niyazi, Ceyhun və Üzeyir Hacıbəyli qardaşlarının şəxsi fondlarına maraq var. Burada saxlanılan qiymətli sənədlər böyük ədiblərimizlə bağlı çəkilən ekran əsərlərinin araya-ərsəyə gəlməsində də mühüm rol oynayır.
Xəyalə

Oxşar yazılar

Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34
"Azdrama"da "Baş" tamaşasına ictimai baxış oldu
24 iyun 2025 , 19:23