“Gümüş qəlblər”in premyerası İzmirdə olacaq - FOTO
Studiyadan Lent.az-a verilən məlumata görə, tamaşanın ssenari müəllifləri və oyunçuları Zəhra Qürbət və Ləman Həsənli, işıq və musiqi tərtibatçısı Laçın Mehdiyeva, quruluşçu rejissor və koordinatoru Rasim Aşındır.
Tamaşada iki gənc qızın həyat və yaşam fəlsəfəsindən bəhs edilir. Eyni evdə yaşayıb eyni şirkətdə çalışan bu iki qızın zaman-zaman üst-üstə düşən və fərqlənən düşüncələri müasir gənc qızlarımıza yönələn bir çağırışdır. Tamaşadakı təzadlı düşüncələr və obrazların daxili sarsıntıları komik boyalarla tamaşaçılara təqdim olunur. Tamaşa Türkiyə türkcəsində oynanılacaq.
“Gümüş qəlblər” tamaşasının ilk premyerası avqustun 18-də Türkiyə Cümhuriyyətinin İzmir şəhərindəki “İzmir-Seferihisar Tiyatro Festivalı”nda keçiriləcək. Teatr truppası eyni zamanda İzmir - Dikili dəniz şəhərciyində keçiriləcək “Türkiyə 5-ci Teatrlar Buluşması”nda qonaq olacaq. Bundan sonra avqust ayının sonuna kimi tamaşanın Türkiyənin Manisa şəhərinin Salihli, Turgutlu, Alaşehir, Akhisar, Ahmetli qəsəbələrində oynanılması nəzərdə tutulub. Yaxın zamanlarda isə bu tamaşanın Türkiyənin İstanbul, Ankara, Eskişehir və başqa böyük şəhərlərində, eləcə də teatr festivallarında nümayişi planlaşdırılır.
Qeyd edək ki, “Azərbaycan Gənclər Eksperimental Teatr Studıyası” bu ilin mayında fəaliyyətə başlayıb. Bu teatr layihəsinin ideya müəllifləri “YUG” Dövlət Teatrının quruluşçu rejissoru, Uşaq Teatr araşdırmaları laboratoriyasının qurucusu, “OYUN” Uşaq teatrının yaradıcısı, pedaqoq rejissor Rasim Aşın, Azərbaycan Dövlət Televiziyasının və “Kəpəz” Müstəqil Teleradio Şirkətinin redaktoru Zəhra Qürbət və Azərbaycan Dövlət Televiziyasının redaktoru Ləman Həsənlidir. Studiyanı yaratmaqda məqsəd kompakt janrda tamaşalar hazırlayıb müasir gənclərin düşüncələrinə təsir göstərməkdir.

Oxşar yazılar

Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34
"Azdrama"da "Baş" tamaşasına ictimai baxış oldu
24 iyun 2025 , 19:23