Küveytli tamaşaçılar musiqiçimizi ayaqda alqışlayıb
Azərbaycanın Küveytdəki səfirliyindən Lent.az-a bildirilib ki, konsert Küveyt Dövlətinin Mədəniyyət və Ədəbiyyat Milli Şurasının təşkilatçılığı və Küveyt Dövlətindəki səfirliyimizin təşəbbüsü ilə 14-cü “Beynəlxalq Yay Musiqi Festivalı” çərçivəsində həyata keçirilib.
Səlim Abbasov Küveyt, Azərbaycan və ərəb təranələrini özündə təcəssüm edən musiqi parçalarını böyük ustalıq və məharətlə ifa edib. Proqram Küveyt musiqisevərlərin böyük rəğbətinə səbəb olub. Tamaşaçılar dəqiqələrlə ifaçımızı ayaqda alqışlayıb.
Konsertin sonunda Səlim Abbasova 14-cü “Beynəlxalq Musiqi Festivalı”nın mükafatı təqdim olunub.
Musiqili gecədə mədəniyyət və ədəbiyyat milli şuranın yüksək rütbəli rəsmiləri, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərinin başçıları və dipkorpusun digər nümayəndələri, parlamentin millət vəkilləri, tanınmış ictimai-siyasi xadimlər, həmçinin Azərbaycan diaspornun nümayəndələri iştirak ediblər.
Konsert proqramı Küveyt kütləvi informasiya vasitələrinin də diqqət mərkəzində olub. Konsert proqramı Küveytin aparıcı televiziya kanalları (1-ci kanal və 2-ci kanal, “Ər-Rai” və “Əl-Vətən”) tərəfindən lentə alınıb. Tədbirdə Küveytin nüfuzlu “Ər-Rai”, “Əl-Qabas” və “Əs-Siyasə” qəzetlərinin müxbirləri də iştirak edib.
Eyni zamanda iyulun 3-də Küveytin “İsmayıl TV” televiziya kanalına dəvət olunan Səlim Abbasov geniş proqramından bir neçə musiqi parçasını ifa edib.
Lalə

Oxşar yazılar
Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36