Gənc musiqiçilərimiz MDB ölkələrinin I Uşaq Musiqi Akademiyasında
Lent.az-ın məlumatına görə, Akademiyada Bakı şəhər Q.Qarayev adına 8 nömrəli onbirillik musiqi məktəbinin şagirdi Nigar Məmmədova (violonçel), Bakı şəhər 24 nömrəli onbirillik musiqi məktəbinin şagirdi Yusif Yusifov (klarnet), Abşeron rayon Xırdalan şəhər uşaq musiqi məktəbinin şagirdi Atabala Manafov (fortepiano) iştirak ediblər.
Akademiya MDB ölkələrinin vətəndaşları olan, uşaq musiqi və incəsənət məktəblərində və orta ixtisas məktəblərində təhsil alan 10-15 yaşlı uşaqlar üçün ilk dəfə olaraq təşkil olunub. Akademiyada tanınmış musiqiçilər, beynəlxalq müsabiqələr laureatları Yuri Başmet, Aleksandr Buzlov, İqor Fyodorov, Yevgeni Finkilşteyn (Rusiya), Mariza Tansinni, Fulvio Fiori (İtaliya), Tatyana Samuil (Belçika) və Rostislav Krimerin (Belarus) müxtəlif ixtisaslar üzrə ustad dərsləri keçirilib.
Azərbaycanlı şagirdlər Samara Dövlət Filarmoniyasında, Tolyatti şəhər Filarmoniyasında, Novokuybışevsk şəhər Mədəniyyət Sarayında keçirilən konsertlərdə uğurla iştirak edərək qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Xəyalə

Oxşar yazılar

Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55