Ağaxan Salmanlının “Məzəli əhvalat”ı
Bu, Karlo Qaldoninin “Məzəli əhvalat” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa olacaq. Teatrın direktoru İntiqam Soltanın Lent.az-a verdiyi məlumata görə, tamaşaya xalq artisti Ağaxan Salmanlı quruluş verib. Rollarda teatrın aktyorlarından Niyaz Qasımov, Raul Hüseynov, Ruslan Mürsəlov, Könül Şahbazova, İlhamə Əhmədova, Günel Həmidova və başqaları iştirak edir. Tamaşanın ictimai baxışı iyunun 23-də keçiriləcək.
“Məzəli əhvalat” Bakı Uşaq Teatrının bu mövsümdə təqdim edəcəyi son premyera olacaq. Yeni mövsümü isə teatr fərqli formada açmaq niyyətindədir. Belə ki, Bakı Uşaq Teatrı Azərbaycanda ilk dəfə olaraq, teatr daxili mono tamaşalar festivalı keçirəcək. İ. Soltan bildirib ki, rəhbərlik etdiyi teatr sentyabrda yeni mövsümü məhz bu festivalla açacaq. Hazırda festival çərçivəsində göstəriləcək tamaşaların məşqləri gedir.
Onu da xatırladaq ki, Bakı Uşaq Teatrı bu günlərdə Ərzurum şəhərində keçirilən 3-cü Ənənəvi Beynəlxalq Gənclik Mərkəzləri Teatr Festivalından qayıdıb. Teatrın kollektivi festivalda “Turp” nağılının motivləri əsasında hazırlanan “Gücümüz birliyimizdədir” tamaşası ilə çıxış edib. Türkiyə tamaşaçılarının rəğbətini qazanan kollektiv xüsusi diploma layiq görülüb. Bundan başqa mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin adına da təşəkkürnamə də təqdim olunub.
Xəyalə

Oxşar yazılar

Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27