Uşaqlar üçün ensiklopedik məlumat kitabı təqdim olundu – FOTO
Lent.az-ın məlumatına görə, kitab Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində “Bizim nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi tərəfindən çap olunub. kitabın tərtibçiləri əməkdar incəsənət xadimi Ziyadxan Əliyev və gənc sənətşünas Aslan Xəlilovdur.
Təqdimat mərasimində çıxış edən Ziyadxan Əliyev bildirib ki, nəşrdə təsviri sənət, dekorativ tətbiqi sənət, memarlıq haqqında məlumatlar toplanıb. Uşaqlar üçün ensiklopediya xarakteri daşıyan bu kitabda adları Azərbaycan incəsənətin tarixinə həkk olunmuş görkəmli sənətkarlar, özünəməxsus bədii məziyyətə malik dünya şöhrətli sənətkarlıq nümunələri haqqında yığcam məlumat verilir: “Burada sənət incilərimiz və onların müəllifləri barədə kifayət qədər sadə və uşaq dili ilə söhbət açılıb. Kitaba ilk dəfə olaraq gənclər və uşaq yaradıcılığına həsr olunmuş ayrıca bölmələr daxil edilib. Kitaba daxil edilən rəngli təsvir materialları isə yazılanların əyani və dolğun qavranılmasına kömək edir”.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev kitabın əhəmiyyətindən danışıb. O, kitabın Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə çap olunduğunu vurğulayıb. Həmçinin qeyd edib ki, uşaq və yeniyetmələr üçün nəzərdə tutulan bu kitab kitabxanalara və məktəblərə pulsuz paylanacaq.
“Bizim nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyinin və layihənin rəhbəri Nurəddin Mehdiyev də kitab barədə geniş məlumat verib. Bildirib ki, təqdim olunan kitab “Vətənimizi öyrənək” seriyasından çap olunan kitabın növbəti 2-ci və 3-cü cildidir. O, bu nəşri uşaqlar üçün ensiklopedik məlumat kitabı kimi də dəyərləndirib. N. Mehdiyev qeyd edib ki, artıq bu kitabın ingilis dilinə tərcümə olunması fikri Gənclər və İdman Nazirliyi tərəfindən yüksək qiymətləndirilib.
Xəyalə Muradlı

Oxşar yazılar

Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11