Almaniyada Azərbaycanın əməkdar rəssamının sərgisi təşkil olunub
Berlin Parlamentinin Kasinosunda Azərbaycanın Əməkdar Rəssamı Əşrəf Heybətovun 60 illik yubileyinə həsr edilmiş sərginin açılışı keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən sərgi Berlin Parlamenti və Avropa-Azərbaycan Cəmiyyətinin (TEAS) birgə əməkdaşlığı ilə baş tutub.
Sərgini Berlin Parlamentinin üzvü Andreas Köler açıb, rəssamı yubileyi və sərgisi münasibətilə təbrik edib. O, rəssamın əsərlərini çox bəyəndiyini və onlardan birinin mütləq Berlin Parlamentinin binasını bəzəyəcəyini bildirib.
Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov çıxışında Azərbaycan rəngkarlıq məktəbinin və miniatür sənətinin tarixi haqqında danışıb. O, uzun illər Rusiyada yaşamış, indi isə Almaniyada yaşayıb fəaliyyət göstərən rəssam Əşrəf Heybətovun müasir Azərbaycan rəssamlıq məktəbinin parlaq yetirmələrindən biri olduğunu və bir sıra janrlarda maraqlı əsərlər yaratdığını söyləyib.
Avropa-Azərbaycan Cəmiyyətinin (TEAS) Almaniya üzrə təmsilçisi Şahin Namati-Nasab Azərbaycan mədəniyyətinin Almaniyada tanınmasından fəxr duyduğunu və təmsil etdiyi cəmiyyətin bu səpkili tədbirləri gələcəkdə tez-tez təşkil edəcəyini qeyd edib. Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin icraçı direktoru Samira Patzer-İsmailova yubilyarı təbrik edib və ona AAKM adından hədiyyə və təbrik məktubu təqdim edib.
Sonda rəssam Əşrəf Heybətov çıxış edərək azərbaycanlı olması ilə fəxr duyduğunu, görkəmli rəssamlardan dərs aldığına görə özünü xoşbəxt hesab etdiyini söyləyib və sərginin təşkilatçılarına təşəkkürünü çatdırıb. Sərginin açılışında Azərbaycan səfirliyinin və AAKM-nin digər əməkdaşları, Azərbaycan və türk diasporlarının təmsilçiləri, Almaniyada fəaliyyət göstərən Azərbaycan və digər cəmiyyətlərin üzvləri eləcə də alman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Oxşar yazılar

Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11