Azərbaycan muğamı İtaliyada
Azərbaycanın zəngin mədəniyyət nümunələrinin Avropada təbliğinin genişləndirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəstəklənən tədbirdə sənətşünas Sənubər Bağırova, xanəndə Qoçaq Əsgərov və onun “Turan” ansamblı iştirak edib.
Nazirliyin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən Lent.az-a verilən məlumata görə, tədbirin birinci günündə AMEA-nın Memarlıq və İncəsənət İnstitutun böyük elmi işçisi, sənətşünaslıq namizədi, YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə eksperti Sənubər Bağırova Azərbaycanın zəngin mədəni irsi, tarixi, musiqisi haqda geniş mühazirə söyləyib. Mühazirə zamanı Əqdəs Bağırzadənin Bakının 19-cu əsrin sonları və 20-ci əsrin əvvəllərindəki simasını əhatə edən orijinal foto illüstrasiyalarından, İçəri şəhərin və İslam arxitekturasının nümunələrindən ibarət, muğam, caz və aşıq musiqisi ilə müşayiət olunan slayd-şoular göstərilib.
Konsert proqramında isə “Muğam - Azərbaycanın müqəddəs musiqisi” – Qoçaq Əsgərovun ifalarından ibarət diskin təqdimat mərasimi keçirilib. Sonra Qoçaq Əsgərov və onun “Turan” ansamblı geniş proqramla çıxış edib. Azərbaycan incəsənət ustalarının ifası dinləyicilər tərəfindən rəğbətlə qarşılanıb. Xüsusilə, Qoçaq Əsgərovun ifasında dünya musiqi sərvətinin incisi olan və YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil olan muğamımız zala toplaşanların qəlbini riqqətə gətirib.
Qeyd edək ki, Azərbaycan ilk dəfədir, İtaliyanın Turin şəhərində keçirilən bu konsert proqramına qatılır. Hər il keçirilən bu tədbirlərdə Şərq dünyasından olan ölkələrdən, xüsusilə Türkiyədən, Pakistandan, Hindistandan, Yaponiyadan olan incəsənət ustaları konsert proqramı ilə çıxış edirlər.
Xəyalə

Oxşar yazılar

14 ildə ilk dəfə: Ancelina Coli Kann film festivalına qar kimi ağ paltarda qatıldı
18 may 2025 , 09:35
Sevgi təhlükəli olanda: qısqanclıq və qəddarlıq haqqında 5 film - VİDEO
16 may 2025 , 17:38
Şeyxin müavini Mirmehdi Ağaoğlunun "Həcc Gündəliyi"ndən YAZDI
16 may 2025 , 12:13
Qan donduran 10 serial: Manyaklar, qatillər... - VİDEO
15 may 2025 , 19:46
2026-cı ildə gözlənilən ən yaxşı qorxu filmləri
15 may 2025 , 16:46
Məşhur türk rejissor VƏFAT ETDİ
15 may 2025 , 14:26
Sizi güldürəcək 8 komediya serialı
15 may 2025 , 13:16