Sabir Poeziya günləri Şamaxıda qeyd olundu
Lent.az-ın məlumatına görə, prezidentin “M.Ə.Sabirin anadan olmasının 150 illiyinin keçirilməsi haqqında” 1 iyun 2010-cu il tarixli sərəncamına uyğun olaraq, düzənlənən tədbir ənənəvi olaraq şairin Bakı şəhərindəki abidəsinin önündə başlayıb. Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Yazıçılar Birliyinin nümayəndələri, tanınmış ədəbiyyat adamları şairin abidəsi önünə gül dəstələri qoyduqdan sonra Şamaxıya yola düşüblər.
Poeziya günləri böyük Sabirin məqbərəsini ziyarətlə davam etdirilib. Bu dəfə tədbir iştirakçılarına Şamaxı rayonunun rəhbərliyi və rayon ictimaiyyəti, o cümlədən məktəblilər də qatılıblar. Tanınmış qələm sahibləri, Şamaxı rayon rəhbərliyi və Sabirin ailə üzvlərinin daxil olduğu nümayəndə heyəti şairin ustadı Seyid Əzim Şirvaninin yeni təmir olunmuş qəbirüstü abidəsini də ziyarət edib.
Tədbir M.Ə.Sabirin ev-muzeyinin qarşısında davam etdirilib. Çıxışçılar Əjdər Ol, xalq yazıçısı Anar, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov, şair və yazıçılardan Ənvər Əhməd, Zahid Sarıtorpaq, Ramiz Qusarçaylı, Yaşar, Akif Əhmədgil, Qismət, tənqidçi Əsəd Cahangir, gənc satirik Əvəz Qurbanlı çıxış edərək böyük Sabirə olan oxucu sevgisindən, onun ədəbiyyatdakı yerindən bəhs ediblər.
Sabir Poeziya günlərinə bu gün – mayın 31-də M.F.Axundzadə adına Milli Kitabxanada yekun vurulacaq.
Xəyalə

Oxşar yazılar

Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11