Azərbaycanın “Eurovision-2011” qələbəsini tamaşaçılar təmin edib
Avropa Yayım Birliyi (EBU) “Eurovision-2011” mahnı müsabiqəsində münsiflər heyətinin və tamaşaçıların səsverməsini rəsmən açıqlayıb.
Lent.az-ın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı məlumata görə, tamaşaçı səsverməsinə görə ən çox balı Azərbaycan (223) alsa da, münsiflərdən 182 bal alıb. Azərbaycan ümumi hesablamalardan sonra 221 xalla 56-cı “Eurovision” müsabiqəsinin qalibi elan edilib.
Münsiflər heyətinin səsverməsinə görə isə ən çox balı isə İtaliya (251) alıb. Münsiflərdən yüksək bal alan ölkələr arasında Sloveniya (160), Avstriya (145), İrlandiya (119), Ukrayna (117), Serbiya (111), Gürcüstan (110), İsveç (106), Almaniya (104) da var.
Favoritlər arasında münsif səsverməsindən ən az balı Rusiya təmsilçisi alıb. Rusiyalı ifaçı cədvəldə cəmi 25 balla qərarlaşıb. “Eurovision-2011” müsabiqəsində tamaşaçılardan ən aşağı balı İsveçrə alıb. Tamaşaçılar İsveçrə təmsilçisinə 2 bal verməklə kifayətləniblər. Münsiflərdən 53 bal alan İsveçrə ümumi hesablamalardan sonra 19 balla builki müsabiqənin sonuncusu olub.
Qeyd edək ki, müsabiqədə münsiflər heyəti və tamaşaçı səsi 50-50-yə hesablanır. Səsvermə hər zaman olduğu kimi bu il də Almaniyanın “Digame” şirkəti tərəfindən hesablanıb.
Müsabiqədə xallar peşəkar münsiflər heyəti və televiziya tamaşaçılar tərəfindən verilir. Bundan sonra verilən xallar hesablanır və top 10 müəyyənləşir.
Lalə Yusifqızı

Oxşar yazılar

Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11