Strasburq, Monpelye və Tuluza şəhərlərində Azərbaycan Mədəniyyəti günləri çərçivəsində tədbirlər keçiriləcək
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 23-24 may tarixlərində Fransadakı Azərbaycanlı Tələbələr Assosiasiyasının (FATA) və Strasburq Azərbaycan Evinin əməkdaşlığı ilə Strasburq Universitetində “Qədim, müasir və gələcək Azərbaycan” mövzusunda sərginin keçirilməsi nəzərdə tutulub.
İki gün davam edəcək tədbir zamanı qədim Azərbaycanın tarixini əks etdirən müxtəlif eksponatlarla yanaşı Azərbaycan Fotoqraflar Birliyinin üzvlərinin müasir və keçmiş dövrə dair çəkdikləri fotoşəkillər, həmçinin bir fransız turistinin Azərbaycana dair xatirə şəkilləri sərgilənəcək. Tədbirdə inkişaf edən Azərbaycanın gələcək perspektivlərindən bəhs edən videoçarxlar da nümayiş etdiriləcək. Analoji tədbirlər Monpelye və Tuluza şəhərlərində də keçiriləcək.
Tədbirin keçirilməsində məqsəd Azərbaycanın tarixi, milli irsi, özünəməxsus mədəniyyəti, eləcə də inkişaf etməkdə olan turizm sektorunu Fransa ictimaiyyəti arasında təbliğ etməkdir.
Qeyd edək ki, Fransada Azərbaycan Mədəniyyəti günləri Azərbaycan Respublikasının Fransadakı səfirliyi və Strasburqdakı nümayəndəliyinin dəstəyi ilə həyata keçirilir.

Oxşar yazılar

Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00