Babil Qülləsinin tikintisində Azərbaycan kitablarından istifadə olunub - FOTO
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu münasibətlə Buenos-Ayresin mərkəzi San Martin meydanında məşhur argentinalı heykəltəraş və rəssam Marta Minuxin tərəfindən kitablardan simvolik Babil Qülləsi tikilib.
Həmin qüllənin tikintisi üçün müxtəlif dillərdə 30 min kitabdan istifadə olunub. Qüllənin tikilməsinin fəlsəfəsi bəşəriyyətin problemlərdən xilasının kitab, mütaliə və maariflənməkdə olması ideyasını təşviq etməkdir. Bu qüllənin tikintisi üçün Buenos-Ayres şəhər meriyası tərəfindən həyata keçirilmiş aksiyada Azərbaycanın Argentinadakı səfirliyi yaxından iştirak edib. Qüllənin tikintisi üçün səfirlik tərəfindən təqdim olunmuş ölkəmizin hazırkı reallıqları, Ermənistanın Azərbaycana qarşı təcavüzü, Heydər Əliyev, Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, musiqisi, mətbəxi, ənənələri haqqında çoxsaylı kitab və nəşrlər qüllədə yer alıb.
Simvolik Babil Qülləsi bir ay müddətində ziyarətçilər üçün açıq olacaq və sonra qüllənin tikintisində istifadə olunmuş kitablar əsasında Argentinanın ilk çoxdilli kitabxanası yaradılacaq.

Oxşar yazılar

Sevgi təhlükəli olanda: qısqanclıq və qəddarlıq haqqında 5 film - VİDEO
16 may 2025 , 17:38
Şeyxin müavini Mirmehdi Ağaoğlunun "Həcc Gündəliyi"ndən YAZDI
16 may 2025 , 12:13
Qan donduran 10 serial: Manyaklar, qatillər... - VİDEO
15 may 2025 , 19:46
2026-cı ildə gözlənilən ən yaxşı qorxu filmləri
15 may 2025 , 16:46
Məşhur türk rejissor VƏFAT ETDİ
15 may 2025 , 14:26
Sizi güldürəcək 8 komediya serialı
15 may 2025 , 13:16
Koroğlu kimmer, Dədə-Qorqud skif tayfasından olub - Həsən Həsənovun kitablarının təqdimatından REPORTAJ
14 may 2025 , 18:26