Nazir mədəniyyət xadimlərini təltif etdi
11 may 2011 15:22 (UTC +04:00)

Nazir mədəniyyət xadimlərini təltif etdi

Lent.az-ın məlumatına görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək mədəniyyət sahəsində görülən işlərdən danışıb. Nazir mədəniyyət sahəsinin inkişafının cəmiyyət tərəfindən yüksək qiymətləndirildiyini deyib.


Ə. Qarayev təkcə may ayında keçirilən tədbirləri də sadalayıb: “Hazırda ABŞ-ın bir neçə şəhərində Azərbaycan mədəniyyəti günləri keçirilir. Küveytdə mədəniyyət günləri baş tutub. Rusiyada keçirilən tədbirdə filarmoniya demək olar tam heyətlə təmsil olunur. Çində Azərbaycan mədəniyyəti günləri keçiriləcək. Hazırda Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə 1000 nəfər müxtəlif ölkələrdə Azərbaycan mədəniyyətini təbliğ edir”.


Daha sonra nazir mükafatları təqdim edib.

Qeyd edək ki, Rübabə Ənnağıyeva, Mahir Qəhrəmanov və Fərrux Məsimov “Tərəqqi” medalına, Toğrul Nərimanbəyov, Xəyyam Mirzəzadə və Eldar Quliyev “Şərəf” ordeninə, Zülqədər Cəfərov, Tahirə Əliyeva, Gülnarə İbrahimova və Olqa Qaroçkina “Dövlət qulluğunda fərqlənməyə görə” medalına, Tofiq Bakıxanov Fəxri diploma, Aleksandr Fyodorov və Sevda Məlikova əməkdar mədəniyyət işçisi, Aleksandra Nikuşina xalq artisti adına, 5 şəxs isə əməkdar artist adına layiq görülüb.

Xəyalə
# 547

Oxşar yazılar