
Qurultayda qırğın olacaqmı?
Yazıçılar Birliyinin qurultayı yaxınlaşdıqca medianın bu quruma olan marağı artmaqdadır. Lakin AYB dəhlizlərində qurultayla bağlı müəmmalar hələ də qalır. AYB-nin nizamnaməsinə uyğun olaraq AYB-nin mətbu orqanlarının rəhbərləri, eləcə də AYB-nin sədri, katibləri qurultayda seçilirlər.
Əsas mübarizənin AYB sədrliyi uğrunda olacağı istisna deyil. Bu qurultaya qədər AYB rəhbəri sədr olacağı ilə bağlı ziddiyyətli açıqlamalar verib. O bəzən namizəd olacağını bildirib, bəzən isə təqaüdə çıxacağı haqda danışıb.
Anar Rzayevin yerinə AYB-nin iki katibinin adı hallanır. Rəşad Məcid və Çingiz Abdullayev deyilənə görə bu posta seçilmək üçün çalışırlar.
Bu barədə Kulis.az-a danışan Çingiz Abdullayev yayılan xəbərləri təkzib edib: “Mənim bu barədə yeganə fikrim odur ki, Anar hələ 72 yaşında cavan oğlandır və biz onun namizədliyinin üstündə dayanırıq. Sergey Mixalkov 92 yaşında Yazıçılar İttifaqına rəhbərlik edirdi. Onun yaşını heç yada salan da yox idi. Mənim namizədim özüm yox, Anardır.”
Rəşad Məcid də rəhbərə sədaqət nümayiş etdirib:
“Qurultay olacağı barədə söhbətlərdən xəbərim var, amma mənim rəhbər olacağımla bağlı söhbətlər eşitməmişəm. Hesab edirəm ki, Anar müəllim sap-sağlam öz postunda oturduğu halda başqa adların hallanması yersizdir. Mən onun namizədliyinin tərəfdarıyam. Əgər Anar müəllim özü kiminsə namizədliyini təklif edərsə o halda o namizədi müzakirəyə çıxartmağın yeri olar.”
Ramilə Qurbanlı
Oxşar yazılar

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır
27 iyul 2025 , 14:44
Arif Babayevin vəziyyəti ağır olaraq qalır - YENİLƏNİB
26 iyul 2025 , 14:38
Allahverdi Yolçuyevə iş tapıldı - ÖZÜ DANIŞDI
26 iyul 2025 , 11:34
Qədim Romada xəyanət edən qadına hansı cəza verilirdi? - Qan donduran FAKTLAR
25 iyul 2025 , 20:15
"336 manat 58 qəpik təqaüd alıram" - Küçədə corab satan aktyorla MÜSAHİBƏ
25 iyul 2025 , 14:54
Leonardo da Vinçi müəmması: Kainatın sirrini “Vitruviyalı adam”ın ayaqları arasında gizlədib
22 iyul 2025 , 20:15
Şuşada Vaqif Poeziya günləri keçirilir
22 iyul 2025 , 18:37