Nəriman Həsənzadənin “Seçilmiş əsərləri” təqdim olundu
Lent.az-ın məlumatına görə, tədbirdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, millət vəkili Nizami Cəfərov, Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub, akademik Bəkir Nəbiyev, şair Vaqif Bəhmənli və digər tanınmış ədəbiyyat və mədəniyyət xadimləri iştirak edib. Tədbiri kitabxananın direktoru Kərim Tahirov açaraq müasir Azərbaycan poeziyasında Nəriman Həsənzadənin xüsusi xidmətləri olduğunu deyib. Yeni işıq üzü görən kitablar barədə məlumat verən K.Tahirov qalan 3 cildin hazırda nəşrdə olduğunu bildirib. Direktor şairin yubileyilə əlaqədar Milli Kitabxana tərəfindən “Nəriman Həsənzadə” adlı elektron məlumat bazasının hazırlandığını da vurğulayıb.
Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev şairin yaradıcılığına nəzər salıb. Eyni zamanda onun ictimai-siyasi fəaliyyətinə də toxunaraq mətbuat və informasiya nazirinin müavini, Ali Sovetin deputatı olduğunu da vurğulayıb. Nazir müavini onu da vurğulayıb ki, Nəriman Həsənzadənin 80 illik yubileyilə əlaqədar müxtəlif mədəniyyət ocaqlarında silsilə tədbirlər keçiriləcək.
Sonda Nəriman Həsənzadə Mədəniyyət və Turizm Nazirliyinə öz təşəkkürünü bildirib. Çıxışlardan sonra elektron məlumat bazası tədbir iştirakçılarına təqdim olunub. Bundan başqa yubilyarın yaradıcılığını əhatə edən kitab sərgisi də nümayiş etdirilib.
Qeyd edək ki, “CBS” nəşriyyatında nəfis şəkildə buraxılan kitablarda şairin müxtəlif illərdə qələmə aldığı şeirlər, poemalar, pyeslər və nəsr əsərləri toplanıb.
Xəyalə

Oxşar yazılar

Qan donduran 10 serial: Manyaklar, qatillər... - VİDEO
15 may 2025 , 19:46
2026-cı ildə gözlənilən ən yaxşı qorxu filmləri
15 may 2025 , 16:46
Məşhur türk rejissor VƏFAT ETDİ
15 may 2025 , 14:26
Sizi güldürəcək 8 komediya serialı
15 may 2025 , 13:16
Koroğlu kimmer, Dədə-Qorqud skif tayfasından olub - Həsən Həsənovun kitablarının təqdimatından REPORTAJ
14 may 2025 , 18:26
“Avroviziya 2025” başladı - CANLI
13 may 2025 , 23:03
Toto Kutunyo 35 il əvvəl "Avroviziya" qalibi olanda necə görünürdü? - VİDEO
13 may 2025 , 15:39